Bakıda turist iki manata dönər yeyə bilər – Azər Qəribdən YENİ TƏKLİF

Bakıda turist iki manata dönər yeyə bilər – Azər Qəribdən YENİ TƏKLİF

Hazırda oxunan: Bakıda turist iki manata dönər yeyə bilər – Azər Qəribdən YENİ TƏKLİF

17812

Tanınmış teleaparıcı, bloger Azər Qərib Azərbaycan turizminin inkişafı haqqında paylaşımı böyük müzakirələrə səbəb olub.

Bizim.Media xəbər verir ki, o, Facebook səhifəsində post paylaşaraq qeyd edib ki, Rusiya Türkiyə ilə aviauçuşları dayandırdığı üçün səyahətdən məhrum olan 500.000 nəfər rus turistini  Azərbaycana yönləndirə bilərik. 

Bloger, həmçinin bunun ölkə iqtisadiyatı, turizm industriyasında çalışanlara, otellərə, restoranlara, dükanlara bir az dəstək olacağını da yazıb.  

Lakin onun bu təklifi izləyicilər tərəfindən mənfi qarşılanıb. Onlar Azərbaycan turizminin Türkiyə ilə müqayisəyə gəlməyəcəyini qeyd ediblər. Bundan başqa bəziləri Azərbaycanda qiymətlərin baha olmasından da gileylənib. 

Bu cür yanaşmaya hiddətlənən teleaparıcı onlara sosial şəbəkədə cavab verib. O, bildirib ki, izləyicilər turizm sahəsində olan statistikadan bixəbərdilər. 

Azər Qərib qeyd edib ki, 2019-cu ildə Azərbaycana 3 milyon çıvarında xarici turist gəlib və onlardan 23%-i Rusiya vətəndaşı olub. 

“Bura gəlməzlər", "nə var burada", "onlara maraqlı deyil" ifadələrıni həm ədalətsiz, həm də ölkəmizə və paytaxtımıza qarşı hörmətsizlik kimi qəbul edirəm”,- deyə o vurğulayıb.

Bloqer Rusiya vətəndaşlarının Azərbaycana gəlmə səbəbləri haqqında da danışıb:

“Gözəl Bakı, yüksək səviyədə təmin edilən təhlükəsizlik, yerli əhalinin turistlərə qarşı mehribançılığı və qonağpərvərliyi, inanılmaz dərəcədə dadlı mətbəx, rus dilində problemsiz ünsiyət imkanı və s. Qiymətlər bahadır? Bəli, bahadır, amma eyni zamanda burada turist 5 ulduzlu otel ilə yanaşı, həm çox ucuz xostel tapa bilir, bahalı və pafoslu restoranla yanaşı münasib qiymətə kababxana tapa bilir, iki manata dönər yeyə bilir və s. Ona görə, gəlin, özümüzü alçatmayaq”.

Sonda bloger Operativ Qərargaha da müraciət edib:

“Təklifim isə ondan ibarət idi ki, Operativ Qərargah turizm sahəsinin ölümcül vəziyətini nəzərə alıb may ayında turistləin gəlişinə icazə versin, bir ildən çox işsiz qalan insanlar 5-10 manat çörək pulu apara bilsinlər evlərinə, turizm şirkətləri isə cəld tərpənib çarterlər təşkil etsinlər.

Operativ Qərargah operativ qərar versə, bölgələrdə olan hava limanlarını da işə salmaq olar, orada otellər dirçələr, camaat pul qazanar”.

Vüsalə Balayeva, Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO