Azərbaycanda adambaşına düşən ÜDM açıqlandı

Azərbaycanda adambaşına düşən ÜDM açıqlandı

Hazırda oxunan: Azərbaycanda adambaşına düşən ÜDM açıqlandı

177938

2024-cü ilin yanvar ayında ölkədə 9131,0 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,0 faiz çox ümumi daxili məhsul istehsal olunub.

Dövlət Statistika Komitəsindən (DSK) Bizim.Media-ya verilən məlumata görə, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,6 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 12,3 faiz artıb.

ÜDM istehsalının 41,9 faizi sənaye, 10,5 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,0 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,8 faizi tikinti, 2,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,8 faizi informasiya və rabitə, 1,7 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 17,8 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 10,6 faizini təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 896,7 manata bərabər olub.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO