Ötən il Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən 74 min metrə yaxın qazma işləri həyata keçirilib.
SOCAR-dan Bizim.Media-ya bildirilib ki, bu, 2022-ci ilin nəticələri ilə müqayisədə 1,2 faiz çoxdur.
Şirkətin müstəqil şəkildə və ya əsas payçı qismində istismar etdiyi yataqlarda 7,7 milyon ton neft, 8,4 milyard kubmetr qaz hasil olunub. 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə neft hasilatı nisbətən stabil qalıb, qaz hasilatında isə 4 faiz artım qeydə alınıb. Ölkə üzrə qaz hasilatında da artım tendensiyası davam edib və 2022-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 3,3 faiz artaraq, 48,3 milyard kubmetr təşkil edib. Ümumilikdə isə il ərzində Azərbaycanda 30,1 milyon tondan çox xam neft hasil olunub.
Hesabat dövründə SOCAR tərəfindən xarici bazarlara ixrac edilən neft həcmləri 17,8 milyon ton təşkil edib. Buraya şirkətin öz imkanları ilə çıxardığı neft həcmləri ilə birlikdə ölkəmizdə fəaliyyət göstərən beynəlxalq konsorsiumlar tərəfindən hasil olunan neftin Azərbaycan dövlətinə və SOCAR-a məxsus mənfəət payları da daxildir. Ölkə üzrə təbii qaz ixracı isə 6,9 faiz artaraq 23,9 milyard kubmetr olub. Hesabat dövründə ölkə üzrə təbii qazın istehlakı 13,4 milyard kubmetr təşkil edib.
2023-cü ildə SOCAR tərəfindən 6,3 milyon ton neft, 3,5 milyard kubmetr qaz emal edilib. SOCAR-ın Azərbaycandakı müəssisələrində istehsal olunan 2,2 milyon tondan çox neft, neft-kimya və qaz-kimya məhsulları xarici bazarlara ixrac edilib.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
22:02 / 09.02.2024
SOCAR: Ötən il qaz hasilatında 4 faiz artım qeydə alınıb
Hazırda oxunan: SOCAR: Ötən il qaz hasilatında 4 faiz artım qeydə alınıb
Hazırda oxunan: SOCAR: Ötən il qaz hasilatında 4 faiz artım qeydə alınıb
177467
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.