Qubadlıda çaylara farel balıqları buraxıldı

Qubadlıda çaylara farel balıqları buraxıldı

Hazırda oxunan: Qubadlıda çaylara farel balıqları buraxıldı

17724

Bərgüşad və Həkəri çaylarının birləşdiyi ərazidə körpə xallı farel balıqları çaya buraxılıb

Bizim.Media-nın xəbərə görə, Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev jurnalistlərə açıqlamasında bildirib ki, çəkisi 30-50 qram olan 1 000 ədəd körpə balıq çay hövzəsinə buraxılıb:

"Qızıl xallı farel yerli şirin su hövzələrinə uyğun olduğu üçün məhz bu balıqların buraxılışı nəzərdə tutulub. Qeyd edim ki, qızıl xallı farel həm də Azərbaycanın “Qırmızı kitab”ına düşmüş növdür.

Bu proses işğaldan azad olunan ərazilərdəki çaylarda həmin növün təbii bərpasına, populyasiyasının çoxalmasına müsbət təsir göstərəcək".

Bundan əlavə bildirim ki, həm Həkəri, həm də Bərgüşad çaylarında sululuq dərəcəsinin yüksək olması balıqların bu çaylarda geniş yayılmasına müsbət təsir göstərən amillərdəndir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO