Ləğvedilmə prosesində olan “Azər-Türk Bank” ASC-nin balasından olan 11 avtomobil hərrac yolu ilə satışa çıxarılır.
Bizim.Media xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cari ilin mart ayının 4-də saat 10:00-da hərraca çıxarılacaq avtomobillər haqqında elan verib.
Satışa çıxarılan nəqliyyat vasitələri 2005-2015-ci illər arasında istehsal olunub. Belə ki, onların biri 2005-ci ilin “Nissan Altima”, biri 2011-ci ilin “Toyota Avalon”, beşi 2014-cü ilin istehsalı olan “Volkswagen Passat”, dördü isə 2015-ci ilin “Audi A6” markalı nəqliyyat vasitələridir.
Qeyd edək ki, beh "Azər-Türk Bank" ASC-nin hesabına köçürülməlidir.
Hərraclarda iştirak etmək istəyən şəxslər əsas sənədləri hərracın başlanmasına ən geci 3 iş günü qalanadək Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanına təqdim etməlidirlər.
Rövşən Ziya, Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
18:51 / 05.02.2024
“Azər-Türk Bank” əmlaklarını SATIŞA ÇIXARIR – SİYAHI
Hazırda oxunan: “Azər-Türk Bank” əmlaklarını SATIŞA ÇIXARIR – SİYAHI
Hazırda oxunan: “Azər-Türk Bank” əmlaklarını SATIŞA ÇIXARIR – SİYAHI
176695
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.