“Valyuta hərraclarında dollara tələbin yenidən yüksəlməsi müşahidə olunub. Dünən keçirilən hərracda 78.7 milyon dollarlıq sifariş qeydə alınıb. 2 gün öncə isə daha 64.2 milyon dollar satılmışdı. Bu son 2 hərracda 142.9 milyon dolların satılması deməkdir”.
Bizim.Media xəbər verir ki, bunu deputat Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.
“Yanvar ayının 25 və 23 tarixlərində keçirilən hərraclarda sifariş ayrı-ayrılıqda 50 milyon dollara çatmırdı.
Bu isə ondan xəbər verir ki, son günlər dollara tələb artıb. Bunun psixoloji tərəfləri olsa da valyuta bazarında volatillik ehtimalı ilə bağlı yayılan xəbərlər də tələbi gücləndirir. Bu baxımdan, Mərkəzi Bankın kommunikasiyadan daha aktiv şəkildə istifadə etməsi çox vacibdir.
Doğrudur, Azərbaycanda idxalın artması da dollara tələbi yüksəldir. Belə ki, 2023-cü ilin ilk 11 ayında Azərbaycan idxalı əvvəlki ilin uyğun dövrü ilə müqayisədə 5.1 faiz artaraq 15.8 milyard dollara çatıb. İllik rekord idxalın qeydə alınacağı istisna deyil.
Dollara tələbin artması kontekstində 2024-cü ildə manatın məzənnəsinin necə dəyişməsinə gəldikdə isə əvvələrdə də qeyd etdiyimiz kimi, Azərbaycanda hələ ki, üzən məzənnə rejiminə keçirilməyib. Praktiki olaraq, manatın məzənnəsi birbaşa Azərbaycan Mərkəzi Bankının qərarlarından asılıdır. Mərkəzi Bank prosesə birbaşa intervensiya etmək imkanlarını qoruyub saxlayır. Ona görə də manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olaraq qalmaqdadır”, - deyə V.Bayramov bildirib.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
16:06 / 02.02.2024
Azərbaycanda dollarla bağlı VACİB XƏBƏR
Hazırda oxunan: Azərbaycanda dollarla bağlı VACİB XƏBƏR
Hazırda oxunan: Azərbaycanda dollarla bağlı VACİB XƏBƏR
176278
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.