Xaricdən kiloqramını 5 manata aldığımız ət Azərbaycanda niyə 12-13 manata satılır? – AÇIQLAMA 

Xaricdən kiloqramını 5 manata aldığımız ət Azərbaycanda niyə 12-13 manata satılır? – AÇIQLAMA 

Hazırda oxunan: Xaricdən kiloqramını 5 manata aldığımız ət Azərbaycanda niyə 12-13 manata satılır? – AÇIQLAMA 

176249

Azərbaycanda ət ötən il 20 faiz civarında bahalaşıb. İlin sonunda quzu ətinin bir kiloqramı 20, dana ətinin kiloqramı 14-15 manata təklif olundu. Maraqlıdır ki, ötən il ölkəmizə idxal olunan ətin bir kiloqramının ortalama qiyməti çox ucuz, təxminən 5 manata yaxın olub.  Ümumilikdə, 2023-cü ildə Azərbaycana 41 min 707 ton ət idxal edilib. 

Dövlət Gömrük Komitəsinin məlumatına görə bu həcmdə ətin idxal dəyəri 86 milyon 738 min ABŞ dolları olub. Maraqlıdır ki, keçən il ölkəyə gətirilən ətin bir kiloqramı 2.079 ABŞ dolları olub.
 

MÖVZU İLƏ BAĞLI:

“Ət daha da UCUZLAŞACAQ” – AÇIQLAMA 


Bəs, bu qədər ucuz qiymətə idxal edilən ət bazarda nəyə görə baha qiymətə təklif olunur?

Məsələ ilə bağlı ilkin olaraq iqtisadçı ekspert Natiq Cəfərlinin fikirlərini öyrəndik. Bizim.Media-ya açıqlamasında o bildirdi ki, xaricdən gətirilən ət açıq bazara çıxarılmır:

“Xaricdən alınan ət əsasən dövlət ehtiyacları üçündür. Bu ətlər orduya, qapalı və digər təşkilatlara satılır. Ona görə də qiymətlər real bazar qiymətindən xeyli ucuz olur. Yəqin ki, təkrar emalda da bu ətdən çox istifadə edilir”.

Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov isə Bizim.Media-ya bunları dedi:

“Xaricdən idxal olunan ətin bir hissəsi Hindistanın payına düşür. Bu da camış ətidir. Bu ətdən əsasən kolbasa və sosiska istehsalında istifadə edilir. Əslində bu ətlərin keyfiyyətində elə bir problem yoxdur. Sadəcə gündəlik istehlakda bu cür dondurulmuş ətlərə maraq çox azdır. Son vaxtlar Rusiyadan, Ukraynadan və Qazaxıstandan ət və diri heyvanlar da gətirilir. Hansı ki, bu heyvanların və ətin də qiyməti xeyli ucuzdur”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO