AYİB ilə COP29-a hazırlıq çərçivəsində görülən işlər MÜZAKİRƏ OLUNUB

AYİB ilə COP29-a hazırlıq çərçivəsində görülən işlər MÜZAKİRƏ OLUNUB

Hazırda oxunan: AYİB ilə COP29-a hazırlıq çərçivəsində görülən işlər MÜZAKİRƏ OLUNUB

176202

İqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) İqlim Strategiyası və Çatdırılması Departamentinin icraçı direktoru Harri Boyd-Karpenterlə görüşüb.

Nazirlikdən Bizim.Media-ya bildirilib ki, iqtisadiyyat naziri Azərbaycanın AYİB-lə uğurlu əməkdaşlıq etdiyini və bankla əlaqələrin inkişafına önəm verdiyini vurğulayıb. 

Bildirilib ki, AYİB-lə birgə həyata keçirilən layihələr ölkəmizin dayanıqlı inkişafı istiqamətində qabaqcıl təcrübənin, müasir texnologiyaların və innovasiyaların tətbiqini sürətləndirir. COP29-un ölkəmizdə keçirilməsi bankla qlobal iqlim strategiyası üzrə əməkdaşlığın inkişafına stimul verir.

AYİB nümayəndələri bankın Azərbaycanla səmərəli tərəfdaşlığı davam etdirməkdə maraqlı olduğunu qeyd ediblər. Ölkəmizdə yaşıl enerjiyə keçid, bərpa olunan enerji mənbələrindən istifadənin artırılması istiqamətində həyata keçirilən layihələrin qurum tərəfindən dəstəkləndiyi qeyd edilib.
Görüşdə ölkəmizin ev sahibliyi edəcəyi COP29-a hazırlıq çərçivəsində görülən işlər, beynəlxalq təşkilatlarla dialoqun qurulması, enerji səmərəliliyinin təmin edilməsi üçün resursların effektiv tənzimlənməsi müzakirə olunub.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO