3 ayda qeyri-neft məhsullarının ixracı 500 milyon dolları ötüb - Mikayıl Cabbarov

3 ayda qeyri-neft məhsullarının ixracı 500 milyon dolları ötüb - Mikayıl Cabbarov

Hazırda oxunan: 3 ayda qeyri-neft məhsullarının ixracı 500 milyon dolları ötüb - Mikayıl Cabbarov

17620

2021-ci ilin yanvar-mart aylarında qeyri-neft məhsullarının ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,4 faiz artaraq 501,6 milyon dollar təşkil edib.

Bizim.Media xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir qeyd edib ki, bu, Azərbaycan iqtisadiyyatının pandemiya dövründə də dayanıqlığının göstəricisidir.

2021-ci ilin yanvar-mart ayları üzrə qeyri-neft ixracının həcmi müstəqillik illərinin analoji dövrü ilə müqayisədə rekord göstəricidir. Bu ilin ilk 3 ayında qeyri-neft məhsullarının ixracı ilk dəfə olaraq 500 milyon dolları ötüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO