Rusiya bazarında Türkiyə Azərbaycanla rəqabət aparırmı? – EKSPERTLƏRİN RƏYİ

Rusiya bazarında Türkiyə Azərbaycanla rəqabət aparırmı? – EKSPERTLƏRİN RƏYİ

Hazırda oxunan: Rusiya bazarında Türkiyə Azərbaycanla rəqabət aparırmı? – EKSPERTLƏRİN RƏYİ

17589

Türkiyə Rusiya bazarına əsas pomidor ixrac edən ölkə sırasındadır. Müəyyən siyasi gərginliklərə görə zaman-zaman Türkiyə mallarının Rusiya bazarına daxil olmasına qadağalar qoyulub.

İndi isə bu qadağalar aradan qaldırılıb, çünki Rusiya bazarında çox ciddi qiymət artımı müşahidə olunur, o cümlədən kənd təsərrüfatı sahəsində bahalaşma qeydə alınıb. 

Bu fikirləri Bizim.Media-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.

Onun sözlərinə görə, Rusiya öz bazarında sabitlik yaratmaq üçün Türkiyə məhsullarının da ölkəsinə daxil olmasına icazə verib:

“Biz də Rusiyanın əsas ixracatçısıyıq. Azərbaycan Rusiya bazarına 120-130 milyon manatdan çox pomidor ixrac edir. Türkiyə pomidorunun və digər məhsullarının Rusiya bazarına daxil olmasında rəqabətdən çox birgə fəaliyyət göstərməkdən söhbət gedə bilər”.

Millət vəkili Vüqar Bayramov isə əlavə edib ki, Azərbaycanın qeyri-neft məhsullarının üçdə biri Rusiya bazarına göndərilir:

“Türkiyə də Rusiya bazarında aparıcı ixracatçılardan biridir. Azərbaycanla Türkiyənin kənd təsərrüfatı məhsulları ilə Azərbaycanın müqayisəli üstünlükləri var. Buna görə də Rusiya bazarında Azərbaycanın bəlli alıcıları mövcuddur.

O zaman rəqabətdən söhbət gedərdi ki, Rusiya Azərbaycana qoyduğu qadağaları qaldırmazdı. İndiki halda Azərbaycan və Türkiyənin ixracatçı şirkətləri birgə işləyib bazarda öz yerlərini tutacaqlar”.

Gülşanə Mustafayeva, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO