Xarici borcumuzda KƏSKİN AZALMA – “Daxili ehtiyatlara ona görə üstünlük verilir ki...”

Xarici borcumuzda KƏSKİN AZALMA – “Daxili ehtiyatlara ona görə üstünlük verilir ki...”

Hazırda oxunan: Xarici borcumuzda KƏSKİN AZALMA – “Daxili ehtiyatlara ona görə üstünlük verilir ki...”

175620

2023-cü il yekunlarına olan məlumata əsasən, Azərbaycanın xarici dövlət borcu 6,5 milyard dollar və ya 11 milyard manat təşkil edib. Bu, Ümumi Daxili Məhsulun (ÜDM) 9 faizini təşkil edir. 2023-cü il 1 yanvar tarixinə olan göstəricisi ilə müqayisədə xarici dövlət borcunun məbləği mütləq ifadədə 212,5 milyon dollar azalıb. 

Ancaq, buna baxmayaraq, daxili dövlət borcu 11,6 milyard manat artaraq 15,8 milyard manata çatıb. Belə ki, ötən ilin əvvəlində Azərbaycanın daxili dövlət borcu 4.2 milyard səviyyəsində idi. İlin sonunda bu rəqəm 11.6 milyard manat və ya 3.8 dəfə artıb.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycana xaricdən pul köçürmələri 2.8 milyard manat azalıb


Bəs daxili borcun artmasının səbəbi nədir? 

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov sözügedən məsələnin əsas səbəblərini açıqlayıb:

“İlk səbəb 9,3 milyard manat həcmində dövlət zəmanətli öhdəliklərinin dövlət borcuna aid edilməsi ilə bağlıdır. Digər səbəb isə dövlət borcunun idarə edilməsi strategiyasına uyğun olaraq ölkədəki qiymətli kağızlar bazarının inkişafının dəstəklənməsidir. Xarici dövlət borcunun ümumi dövlət borcundakı xüsusi çəkisinin mərhələli şəkildə azaldılması və daxili borcla əvəzləşdirilməsi məqsədilə dövlət istiqrazlarının yerləşdirilməsi də daxili borclanmaya gətirib çıxarıb”.

Onun sözlərinə görə, Azərbaycanda 5 ildir ki, dövlət borcunun idarə olunmasına dair yeni strategiya həyata keçirilir:

“Məqsəd də xarici kredit təşkilatlarından alınan borclardan uzaqlaşmaq, borcu daxili resurslara yönəltməkdir. Çünki qlobal bazarlarda baş verən tənəzzül zamanı bir sıra amillər, devalvasiya, səhmlərin ucuzlaşması və s. proseslər xarici valyutada olan borcun da artmasına imkan verə bilər. 

Bu isə xarici dövlət borcunun ÜDM-də payını artırmış olardı. Ona görə də strategiya qəbul olundu və bu hədəfə uyğun olaraq xarici borcdansa, daxili borca üstünlük verilir. Bu isə borc yükünün sabitliyi baxımından düzgün və məqsədyönlü siyasət sayıla bilər”.

A.Hüseynov düşünür ki, daxili borcun artmasından narahat olmağa dəyməz: 

“Ona görə ki, daxili borclanma üçün kifayət qədər dayanıqlı resurs mənbələri var. Ölkədə daxili resurslar artır, borc intizamı ilə bağlı tədbirlər yerli şirkətlərin öz borclarını geri ödəməsinə imkan verir”. 

Rövşən Ziya, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO