Rəqəmsal dollar dövriyyəyə buraxıla bilər - FES məsələ üzərində işləyir

Rəqəmsal dollar dövriyyəyə buraxıla bilər - FES məsələ üzərində işləyir

Hazırda oxunan: Rəqəmsal dollar dövriyyəyə buraxıla bilər - FES məsələ üzərində işləyir

17558

ABŞ-ın mərkəzi bankı kimi fəaliyyət göstərən Federal Ehtiyat Sistemi (FES) rəqəmsal dolların dövriyyəyə buraxılması imkanlarını araşdırır, lakin hələ ki bu barədə heç bir qərar verilməyib.

Bizim.Media TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə FES sədri Cerom Pauel “CBS” telekanalına verdiyi müsahibədə deyib.

“Biz rəqəmsal dolların buraxılışını dəyərləndiririk. Əsas ölkələrin çoxu rəqəmsal valyutadan istifadə etməyi düşünür”, – FES rəhbəri söyləyib.

Onun sözlərinə görə, rəqəmsal dolları dövriyyəyə buraxmaq mümkündür.

“Siz görmüsünüz ki, bizim ölkəmizə bənzər bir çox ölkələrdə bu məsələ ciddi şəkildə nəzərdən keçirilir. Bu ölkələrin bəzilərində nağd pul istifadəsi kəskin şəkildə azalıb.

Bizdə isə vəziyyət fərqlidir. Amerikalılar hələ də nağd puldan istifadə etməyi sevirlər, buna görə də bu məsələ ilə bağlı qərar ABŞ-dakı vəziyyətə uyğun olacaq”, - o deyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO