Prezidentliyə namizədlərin seçki fondunun maliyyə hesabatı açıqlandı

Prezidentliyə namizədlərin seçki fondunun maliyyə hesabatı açıqlandı

Hazırda oxunan: Prezidentliyə namizədlərin seçki fondunun maliyyə hesabatı açıqlandı

175480

Fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində prezidentliyə namizədlərin seçki fondunun gəlir və xərclərinin ikinci ilkin maliyyə hesabatı açıqlanıb.
 

Bizim.Media Secki-2024.az saytına istinadla xəbər verir ki, maliyyə hesabatı Mərkəzi Seçki Komissiyasının (MSK) saytında yerləşdirilib.
 

MÖVZU İLƏ BAĞLI:

Prezident seçkilərində müşahidə aparılması ilə bağlı ərizələrin təqdim edilməsi müddəti BAŞA ÇATDI


Qeyd edək ki, Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 94.3.2-ci maddəsinə əsasən, ikinci ilkin maliyyə hesabatı səsvermə gününə ən tezi 20 gün, ən geci isə 10 gün qalmış təqdim olunur.

Bu hesabata orada göstərilmiş tarixə 7 gün qalmışdan əvvəlki dövr üçün məlumatlar daxil edilir.

İkinci ilkin maliyyə hesabatının təqdim edilməsi müddəti 2024-cü il yanvarın 18-dən 28-dək olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO