Ləğv olunan bankın 5,3 milyonluq əmlakları HƏRRACA ÇIXARILIR 

Ləğv olunan bankın 5,3 milyonluq əmlakları HƏRRACA ÇIXARILIR 

Hazırda oxunan: Ləğv olunan bankın 5,3 milyonluq əmlakları HƏRRACA ÇIXARILIR 

175321

Fevralın 21-də "Bakı Hərrac Mərkəzi" MMC-də ləğv prosesində olan “Texnika Bank” ASC-nin daşınmaz əmlaklarının satışı üzrə açıq hərraclar keçiriləcək.

Bizim.Media xəbər verir ki, bu barədə Bankın ləğvedicisi - Əmanətlərin Sığortalanması Fondu (ƏSF) məlumat yayıb.

Söhbət “Texnika Bank”a məxsus Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 12A ünvanındakı dəyəri 394 min manat olan 187,8 kv.metrlik, dəyəri 255 min manat olan 115,9 kv.metrlik, dəyəri 397 min manat olan 188,9 kv.metrlik, dəyəri 258 min manat olan 117,4 kv.metrlik, hər birinin dəyəri 389 min manat olan 2 ədəd 185,4 kv.metrlik, hər birinin dəyəri 322 min manat olan 4 ədəd 153,2 kv.metrlik, hər birinin dəyəri 245 min manat olan 8 ədəd 111,5 kv.metrlik qeyri-yaşayış sahəsindən gedir.

Beləliklə, hərraca çıxarılacaq əmlakların ümumi dəyəri 5,33 milyon manat təşkil edir.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin 1 fevral 2016-cı il tarixli qərarı ilə "Texnikabank" ASC-nin bank fəaliyyətinə verilən lisenziyası ləğv edilib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO