İşğaldan azad olunmuş ərazilərə xərclənən vəsaitin məbləği AÇIQLANDI 

İşğaldan azad olunmuş ərazilərə xərclənən vəsaitin məbləği AÇIQLANDI 

Hazırda oxunan: İşğaldan azad olunmuş ərazilərə xərclənən vəsaitin məbləği AÇIQLANDI 

174604

İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün 2023-cü ilin dövlət büdcəsindən cəm olaraq 5588 mln. manat vəsait ayrılıb. 

Bu barədə Bizim.Media-ya Maliyyə Nazirliyindən bildirilib.

Qeyd edilib ki, bu vəsaitin 4800,0 mln. manatı və ya 85,9 faizi işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası ilə bağlı nəzərdə tutulmuş məqsədli xərclərin, 145,4 mln. manatı və ya 2,6 faizi Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondunun, 145,3 mln. manatı və ya 2,6 faizi dövlət büdcəsinin ehtiyat fondunun, 32,5 mln. manatı və ya 0,6 faizi dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) xərclərinin, 464,8 mln. manatı və ya 8,3 faizi dövlət büdcəsindəki digər mənbələr hesabına ayrılmış vəsaitlərin payına düşür. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO