Azərbaycanın əsas ticarət tərəfdaşları - SİYAHI

Azərbaycanın əsas ticarət tərəfdaşları - SİYAHI

Hazırda oxunan: Azərbaycanın əsas ticarət tərəfdaşları - SİYAHI

173810

2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 200 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib.

Dövlət Statistika Komitəsindən (DSK) Bizim.Media-ya verilən məlumata görə, hesabat dövründə 120 ölkəyə məhsul ixrac, 190 ölkədən idxal olunub.

2023-cü ilin yanvar-noyabr aylarında ölkənin xarici ticarət dövriyyəsi 41187,0 milyon ABŞ dolları təşkil edib. Ticarət dövriyyəsinin 25374,3 milyon dollarını və ya 61,6 faizini ölkədən ixrac olunmuş məhsulların, 15812,7 milyon dollarını (38,4 faizini) isə idxal məhsullarının dəyəri təşkil edib.
Nəticədə 9561,6 milyon dollar məbləğində müsbət saldo yaranıb. 2022-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 19,7 faiz, real ifadədə 4,8 faiz azalıb. İdxal real ifadədə 5,1 faiz artıb, ixrac isə 8,2 faiz azalıb.

2023-cü ilin yanvar-noyabr aylarında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 10,5 faiz, real ifadədə 5,2 faiz artaraq 3033,7 milyon dollar təşkil edib.

Ölkənin xarici ticarət dövriyyəsinin 30,8 faizi İtaliya, 15,2 faizi Türkiyə, 8,4 faizi Rusiya, 6,0 faizi Çin, 3,5 faizi Almaniya, 3,0 faizi İsrail, 2,7 faizi Yunanıstan, 2,3 faizi Hindistan, 1,8 faizi ABŞ, hər biri 1,7 faiz olmaqla Gürcüstan və İspaniya, hər biri 1,6 faiz olmaqla Çexiya, Birləşmiş Krallıq və Türkmənistan, 1,3 faizi Rumıniya, hər biri 1,1 faiz olmaqla Xorvatiya və Fransa, hər biri 1,0 faiz olmaqla Vyetnam və Bolqarıstan, hər biri 0,9 faiz olmaqla İran və Yaponiya, 10,8 faizi isə digər ölkələr ilə aparılmış ticarət əməliyyatlarının payına düşüb.

İxracın 45,0 faizini İtaliyaya, 16,2 faizini Türkiyəyə, 4,4 faizini İsrailə, 4,0 faizini Yunanıstana, 3,4 faizini Rusiyaya, 2,9 faizini Hindistana, 2,5 faizini Almaniyaya, 2,3 faizini İspaniyaya, hər biri 2,2 faiz olmaqla Gürcüstan və Çexiyaya, 1,8 faizini Rumıniyaya, 1,7 faizini Xorvatiyaya, hər biri 1,4 faiz olmaqla Birləşmiş Krallıq və Bolqarıstana, 1,2 faizini İrlandiyaya, 1,1 faizini Vyetnama, 0,8 faizini Portuqaliyaya, hər biri 0,5 faiz olmaqla İsveçrə, Avstriya və İndoneziyaya, 4,0 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil etmişdir. Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (33,1 faiz), Türkiyəyə (24,0 faiz), Gürcüstana (9,9 faiz), İsveçrəyə (5,1 faiz), Qazaxıstana (3,0 faiz), Türkmənistana (2,5 faiz), Ukraynaya (2,4 faiz), Birləşmiş Ərəb Əmirliklərinə (2,0 faiz), Qırğızıstana (1,7 faiz), Özbəkistana (1,3 faiz), Rumıniyaya (1,3 faiz), Latviyaya (1,3 faiz), İtaliyaya (1,2 faiz), Almaniyaya (1,0 faiz), Çinə (1,0 faiz) göndərilmiş malların payı üstünlük təşkil etmişdir. Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 18,1 faizi Rusiya, 17,4 faizi Çin, 13,2 faizi Türkiyə, 5,3 faizi Almaniya, 5,2 faizi ABŞ, 4,2 faizi Türkmənistan, hər biri 2,7 faiz olmaqla İran və İtaliya, hər biri 2,5 faiz olmaqla Yaponiya və Koreya, 2,4 faizi Fransa, 2,0 faizi Birləşmiş Krallıq, 1,7 faizi Belarus, hər biri 1,3 faiz olmaqla Ukrayna, Qazaxıstan və Braziliya, 1,2 faizi Hindistan, 0,9 faizi Polşa, 0,8 faizi Vyetnam, 13,3 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO