“Bank Avrasiya”nın aktivlərində KƏSKİN AZALMA

“Bank Avrasiya”nın aktivlərində KƏSKİN AZALMA

Hazırda oxunan: “Bank Avrasiya”nın aktivlərində KƏSKİN AZALMA

173201

2023-cü ildə “Bank Avrasiya” ASC-nin maliyyə aktivlərində birdən-birə 39 milyon 730,49 min manatlıq və ya 17,72 faizlik azalma baş verib. 

Bizim.Media xəbər verir ki, bu barədə bankın yeni açıqladığı “Maliyyə vəziyyəti haqqında” hesabatda əks olunub.

Əsas azalmalar nağd pul vəsaitləri və ekvivalentləri, o cümlədən bloklaşdırılmış nağd vəsaitlərdə, ticarət, investisiya qiymətli kağızlarında və mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlarda baş verib. 
Belə ki, 2022-ci ildə 55 milyon 830.09 min manat olan nağd pul vəsaitləri və ekvivalentlərinin həcmi birdən-birə 29 milyon 075,56 min manat və ya 52,08 faiz azalaraq 26 milyon 754.53 min manat təşkil edib.

Ticarət və investisiya qiymətli kağızlarında azalma isə çox kəskin olub. Belə ki, əvvəlki ildə 17 milyon 952.22 min manat olan bu vəsaitlər hesabat dövründə birdən-birə 10 milyon 378,77 min manat və ya 57,82 faiz azalaraq 7 milyon 573.45 min manat olub.

Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlarda da ciddi azalma baş verib. 

Belə ki, 2022-ci ilin sonuna yaxın 15 milyon 415.20 min manat olan  olan bu hesab ötən ilin sonuna qədər 2 milyon 367,17 min manat və ya 15,36 faiz azalaraq 13 milyon 048.34 min manat həcmində olub. 

Qeyd edək ki, dövrdə bankın digər öhdəliklərində çox ciddi azalmalar baş verib. Belə ki, 2022-ci ilin sonuna qədər 150 milyon 461.33 min manat olan öhdəliklər ötən il 46 milyon 361,9 min manat və ya 30,81 faiz azalaraq 104 milyon 099.43 min manat təşkil edib.

Rövşən Ziya, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO