Ötən il 154 milyon manatdan çox ƏDV məbləği geri QAYTARILIB 

Ötən il 154 milyon manatdan çox ƏDV məbləği geri QAYTARILIB 

Hazırda oxunan: Ötən il 154 milyon manatdan çox ƏDV məbləği geri QAYTARILIB 

173056

2023-cü il ərzində fiziki şəxs olan istehlakçılar tərəfindən ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə və tibb fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla) və göstərilmiş xidmətlərə görə ödənilmiş ƏDV-nin 154 milyon 178,8 min manatı geri qaytarılıb. 

Bu barədə Bizim.Media İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir. 

Qeyd edək ki, ölkəmizdə bir sıra sahələrdə malların alışı və xidmətlərin göstərilməsi zamanı ƏDV məbləğinin nağdsız ödənişlər üzrə 17,5 faizi, nağd ödənişlər üzrə 5 faizi müvəkkil bank tərəfindən istehlakçılara geri qaytarılır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO