“COP29-la bağlı Bakıya 80 minə yaxın xarici qonaq gələcək” – Tural Musayev 

“COP29-la bağlı Bakıya 80 minə yaxın xarici qonaq gələcək” – Tural Musayev 

Hazırda oxunan: “COP29-la bağlı Bakıya 80 minə yaxın xarici qonaq gələcək” – Tural Musayev 

172912

“Azərbaycanda bələdçilərin sayı 9 dəfə artıb. Lakin təkcə kəmiyyət deyil, keyfiyyətdə də böyük nailiyyətlərə nail olmuşuq”.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasının baş katibi Tural Musayev Turizm Sənayesi Subyektlərinin Forumunda çıxışı zamanı deyib.

“Cari ildə Azərbaycan COP29 beynəlxalq tədbirinə ev sahibliyi edəcək. Deyərdim ki, bu, indiyəqədər ölkəmizdə keçirilən tədbirlərdən ən böyüyü olacaq. 50-80 minə yaxın iştirakçı olacaq. Bu fürsətdən istifadə edib bələdçilərimiz işlərini daha da yaxşılaşdırmalıdırlar. Çünki onlar ölkənin imicinin formalaşmasında rol oynayırlar”, - deyə baş katib əlavə edib.

Məhərrəm Əliyev, Nicat Niftəliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO