Hökumət Ödəniş Portalının saytı və mobil tətbiqi fəaliyyətini dayandırdı - RƏSMİ

Hökumət Ödəniş Portalının saytı və mobil tətbiqi fəaliyyətini dayandırdı - RƏSMİ

Hazırda oxunan: Hökumət Ödəniş Portalının saytı və mobil tətbiqi fəaliyyətini dayandırdı - RƏSMİ

172860

Azərbaycandakı bankların, əksər bank olmayan ödəniş xidməti təchizatçılarının internet və mobil bankçılıq həllərinin Hökumət Ödəniş Portalına (HÖP) inteqrasiya edildiyi, bütün xidmət təşkilatları üzrə ödənişlərin bu platformalardan aparılması imkanı olduğu nəzərə alınaraq HÖP-ün internet səhifəsinin (//gpp.az) və mobil tətbiqinin fəaliyyəti dayandırılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.

"HÖP-ün internet səhifəsi və mobil tətbiqi vasitəsilə apardığınız ödənişləri bankların, həmçinin bank olmayan ödəniş xidməti təchizatçılarının bu portala inteqrasiya olunmuş internet və mobil xidmətləri vasitəsilə həyata keçirə bilərsiniz", - deyə məlumatda qeyd olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO