Ət daha da BAHALAŞACAQ? – AÇIQLAMA 

Ət daha da BAHALAŞACAQ? – AÇIQLAMA 

Hazırda oxunan: Ət daha da BAHALAŞACAQ? – AÇIQLAMA 

172456

Bayram günlərində və Yeni ilin ilk günlərində Azərbaycanda quzu əti xeyli bahalaşıb. Belə ki, Bakı və rayonlarda quzu ətinin bir kiloqramı 20 manata təklif olunur. Halbuki, 10 gün əvvəl quzu ətinin qiyməti 16-17 manat arasında dəyişirdi.

Qiymət artımına səbəb nədir?

Məsələ ilə bağlı Bizim.Media-ya danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirdi ki, son vaxtlar ət idxalı artsa da bu yerli ehtiyacı tam ödəyə bilmir:
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan ət idxalını AZALDIB 


“Ona görə də 2023-cü ildə ətin qiyməti xeyli qalxdı. Yeni il ərəfəsində 17-18 manata satılan quzu əti bayram günlərində 20 manata qalxdı. Qiymət artımında bayramın da böyük təsiri var. Çünki tələbat artdıqca təklifdə olan sıxıntılar qiymət artımına təkan verdi. 

Təbii ki, işbazların da bu məsələdə “rolu” az deyil. Artıq bayramqabağı qiymətlərin süni şəkildə artırılması adət halını alıb. Bayramdan sonra da artan qiymətlər öz səviyyəsini saxlayır. Bu mənada yaxın günlərdə quzu ətinin ucuzlaşacağı gözlənilmir. Bununla paralel dana ətinin qiyməti də 1-2 manat arta bilər”. 

Akif Nəsirli onu da qeyd edib ki, 2023-cü ildə ölkə üzrə ət isehsalı xeyli azalıb:

“Amma 2024-cü ilə ümidlə baxırıq. İşğaldan azad olunmuş ərazilərdə heyvandarlığın inkişafı üçün unikal imkanlar var. Əgər bu imkanlardan yararlansaq, onda ətin qiymətində azalmaya nail ola bilərik. Hazırda ölkəmizə ət idxalı artıb. Amma bu tələbatı tam ödəmir. Nəzərə alaq ki, bizdə dondurulmuş ətə maraq çox azdır. Kafe restoranlar əsasən təzə kəsilmiş heyvan əti alırlar. 

Fərdi şəxslər də təzə ətə üstünlük verirlər. Bütün bunlar da yerli heyvan ətinin bahalaşmasına imkan yaradır. Ona görə də Qarabağ və ətraf ərazilərdə heyvandarlığın inkişafına dəstəyin artırılmasına ehtiyac var. Lazımi dəstək olsa, ilin sonunda biz istehlak bazarında tam fərqli mənzərəni görə bilərik”.

Surxay Atakişiyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO