Ərdoğan: “2023-cü ildəki ixracatımız rekord həddə çatıb”

Ərdoğan: “2023-cü ildəki ixracatımız rekord həddə çatıb”

Hazırda oxunan: Ərdoğan: “2023-cü ildəki ixracatımız rekord həddə çatıb”

171801

Türkiyənin 2023-cü ildə ixrac rəqəmləri rekord həddə çataraq 255,8 milyard dollar təşkil edib. 

Bizim.Media Anadolu Agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Türkiyə İxracatçılar Birliyində keçirilən toplantıda bildirib. 

“İlin sonunda ixracatımız 0,6% artaraq 255,809 milyon dollara yüksəlib və Cümhuriyyət tariximizin rekordunu qırıb”, - deyə Ərdoğan bildirib. 

Onun sözlərinə görə, ixracın artımı baxımından Türkiyə ortamüddətli iqtisadi inkişaf proqramında qarşıya qoyulan hədəfləri üstələyib. 

Eyni zamanda Türkiyə lideri əlavə edib ki, ölkəsi ötən ilin fevralında baş vermiş dağıdıcı zəlzələlərin nəticələrinə görə təxminən 6 milyard dollar itirib. Ümumi zərər isə 104 milyard dollar təşkil edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO