2024-cü ildə kirayə mənzillər BAHALAŞACAQ? 

2024-cü ildə kirayə mənzillər BAHALAŞACAQ? 

Hazırda oxunan: 2024-cü ildə kirayə mənzillər BAHALAŞACAQ? 

171559

“Növbəti ildə kirayə mənzil qiymətlərinin ucuzlaşmasını gözləmir. Ucuz olan kirayə mənzillərin sayı da getdikcə azalmaqdadır”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında əmlak eksperti Ramil Qasımzadə səsləndirib.

Bəs 2024-cü ildə kirayə mənzil bazarı ilə bağlı proqnozlar necədir?

Ekspertin sözlərinə görə, kirayə evlərə tələb hələ də yüksək olaraq qalmaqdadır:

“Buna görə də gələn ildə də bahalaşma müşahidə ediləcək. Üstəlik, satış qiymətlərində də bahalaşma gözlənilir. Yeni tikili binalarda da artıq qiymət artımları baş verməkdədir. Bu da köhnə mənzil bazarının bahalaşmasına təsir edir.

Cari il oktyabr ayının 1-dən etibarən sənədsiz həyət evlərinə kommunikasiya xətlərinin verilməyəcəyi ilə bağlı məlum qərardan sonra bu bazarda bahalaşma müşahidə olundu. Bunlar da öz növbəsində kirayə mənliz bazarında təlatümə səbəb olacaq.
Tutaq ki, bir Bakı sakini 100 min manata aldığı 2 otaqlı mənzili ən azı 500-550 manata kirayəyə verməyə çalışacaq. Bu baxımdan da gələn il ümumi daşınmaz əmlak sektorunda bahalılıq müşahidə olunacaq.

Ucuz kirayə mənzil bazarında böyük payı olan “Xruşşovka”, “Minsk” tipli köhnə binaların tədricən sökülməsi, yerində isə yeni tipli binaların inşa olunması qiymətlərə mənfi təsir göstərir”.

Müsahibimiz, yeni mənzillərdə kirayə haqqının baha olmasının əsas səbəbini də diqqətə çatdırıb:

“Belə ki, həmin mənzillərin sahibləri kommunal xidmət haqlarını da kirayə qiymətlərinin üzərinə gəlirlər.Belə aydın olur ki, növbəti ildən 1 otaqlı mənzili 300-350 manatdan aşağı qiymətə tapa bilməyəcəyik”.

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO