Azərbaycanın TAP vasitəsilə Avropaya qaz ixracına başlamasından üç il ötür. Bu müddətdə TAP-la Avropaya 31 mlrd.m3-dən çox qaz tədarük olunub. Bu il Avropaya qısa və uzunmüddətli müqavilələr üzrə 11.8 mlrd. m3 qaz ixrac edilib.
Bizim.Media xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “X“ hesabında paylaşım edib.
Xatırladaq ki, Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan TAP vasitəsilə hər il İtaliyaya səkkiz milyard kubmetr, Yunanıstan və Bolqarıstanın hər birinə isə bir milyard kubmetr həcmində qaz nəql olunur.
31 dekabr 2020-ci ildə Azərbaycan qazının Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya nəqli başladılıb. Azərbaycan tarixdə ilk dəfə öz təbii qazını boru kəmərləri ilə Avropa bazarına çıxarıb. Dünyada təbii qazın ən iri idxalçısı olan Avropa bazarına birbaşa çıxışla Azərbaycan öz ixrac imkanlarını şaxələndirib.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
10:56 / 31.12.2023
TAP vasitəsilə qaz ixracının həcmi açıqlandı - Nazirdən PAYLAŞIM
Hazırda oxunan: TAP vasitəsilə qaz ixracının həcmi açıqlandı - Nazirdən PAYLAŞIM
Hazırda oxunan: TAP vasitəsilə qaz ixracının həcmi açıqlandı - Nazirdən PAYLAŞIM
171504
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.