Dünyanı gözləyən böhran XƏBƏRDARLIĞI – “Əgər dövlətlər borclarını ödəməsələr...”

Dünyanı gözləyən böhran XƏBƏRDARLIĞI – “Əgər dövlətlər borclarını ödəməsələr...”

Hazırda oxunan: Dünyanı gözləyən böhran XƏBƏRDARLIĞI – “Əgər dövlətlər borclarını ödəməsələr...”

171274

“Financial Times"ın məlumatına görə, Qlobal investorlar ilin birinci yarısında Çinin fond bazarına yatırdıqları vəsaitlərin təxminən 90 faizini bu yaxınlarda geri çəkiblər.

Nəşr yazır ki, bu, Pekinin iqtisadi artımı sürətləndirmək üçün ciddi addımlar atmağa hazır olduğuna dair artan şübhələrdən qaynaqlanır.

Avqustun əvvəlində ölkənin fond bazarına xalis xarici valyuta daxilolmaları Çin hakimiyyətinin iqtisadiyyata daha əhəmiyyətli dəstək vermək vədləri fonunda 235 milyard yuana (33 milyard dollar) çatıb. Bununla belə, “Stock Connect” məlumatlarına əsaslanan hesablamalara görə, bu rəqəm indi 87 faiz azalaraq 30,7 milyard yuana düşüb. 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycana göndərilən pulun həcmində AZALMA – SƏBƏB NƏDİR? 


Treyderlər və analitiklər hesab edirlər ki, geri dönüş qlobal fondlar arasında dünyanın ikinci ən böyük iqtisadiyyatının perspektivləri ilə bağlı bədbinliyi əks etdirir.

Dünya iqtisadi böhranın astanasındadır?

Bizim.Media-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli bildirir ki, Çin iqtisadiyyatına investisiya yatıranların mütləq əksəriyyətinin geri çəkilməsi dünya böhranının dərinləşməsinin ilkin xəbərçisidir: 

“2007-ci ildə 3 il davam edən böhran baş verdi. Həmin zaman fundamental problemlərin həllini ABŞ, Aİ və Çin daha çox pul kütləsini bazara atmaqla həll etməyə çalışdı. Nəticədə daha çox pul çap olunaraq, bazara yönləndirildi. Pandemiyaya qədər də borc yükü artmağa başladı. Pandemiyanın iqtisadi olaraq bərbad idarə olunması isə yenidən 18 trilyon dollara yaxın vəsaitin dünya iqtisadiyyatına atılmasına səbəb oldu. Həmçinin, logistik xətlərdə də müəyyən axsamalar baş verdi. 

Ukrayna müharibəsi isə bütün iqtisadi münasibətlərin zədə almasına gətirib çıxardı. Bu isə böhranı daha da dərinləşdirdi. Çin iqtisadiyyatına investisiya yatıranların geri çəkilməsini bu mənada böhranın dərinləşə biləcəyinin ilkin xəbərçisi kimi dəyərləndirmək olar”.

Ekspert deyir ki, mövcud yanaşmaya görə, proses böhrana doğru gedirsə, iş adamları öz vəsaitlərini daha çox nağdlaşdırmağa çalışırlar: 

“Çində baş verənlər də bunun ilk xəbərçisidir. Hazırda dünya ölkələrinin borcu dünya üzrə ÜDM-dən 4 dəfə çoxdur. Dünya üzrə ÜDM 110 trilyon dollardır. Dünya ölkələrinin borcu isə 395 trilyon dollara çatıb. Növbəti illərdə dünyanın borc yükünün azaldılması üçün yollar tapılmasa, bir neçə il davam edəcək daha dərin iqtisadi böhrana sürüklənəcəyik”.

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO