2024-cü il üçün BƏDBİN PROQNOZ – “Dünya iqtisadiyyatında çöküş olacaq”

2024-cü il üçün BƏDBİN PROQNOZ – “Dünya iqtisadiyyatında çöküş olacaq”

Hazırda oxunan: 2024-cü il üçün BƏDBİN PROQNOZ – “Dünya iqtisadiyyatında çöküş olacaq”

170286

Amerikalı tanınmış iqtisadçı Harri Dent 2024-cü ildə dünyada böyük iqtisadi böhranın yaşanacağını proqnozlaşdırıb. İqtisadçı “Dent Fox News Digital”a açıqlamasında 2024-cü il üçün iqtisadi proqnozlar səsləndirərkən deyib. 

O bildirib ki, 2024-cü il həyatımızda görəcəyimiz ən ciddi çöküş ili olacaq. 

Son əldə edilən imkanların investorların böyük hissəsində “mülayim tənəzzül” nikbinliyi yaratmasına baxmayaraq, Dent bunu “sabun köpüyü” adlandırıb və vurğulayıb ki, bu köpük 2024-cü ildə partlayacaq:

“Tarixən bazar qabarcıqları səhm qiymətlərinin sürətlə artması, sonra isə kəskin azalma ilə xarakterizə olunur. Bu qabarcıq əslində 2021-ci ilin sonlarında, COVİD pandemiyasından sonra şişməyə başlayıb və ilk əlamətlər 2022-ci ildə “Nasdaq”ın 38 faiz ucuzlaşmasında özünü göstərdi. Bu, S&P-də 86 faiz,  NASDAQ-da isə 92 faiz çöküşdür. Kriptovalyutada isə bu, 96 faiz olacaq”. 

İqtisadçının bədbin proqnozu reallaşa bilərmi?

Bizim.Media-ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin rəhbəri Akif Nəsirli Harri Dentin proqnozlarının o qədər də əsaslı olmadığı qənaətindədir: 

“Əksər dünya iqtisadçı və mütəxəssisləri, düyna iqtisadiyyatını idarə edənlər 2024-cü il barədə ümumən nikbin danışırlar. Dünya artıq iki il bundan əvvəl başlayan kataklizmə uyğunlaşır. Rusiya Ukrayna müharibəsinin başlanması ilə dünyada ciddi iqtisadi kataklizm və böhranlar yaşandı. Artıq həmin dövrdən iki il keçib və proseslər eyni qaydada davam edir. 

Bu mənada 2024-cü ilin dünya iqtisadiyyatının ciddi çöküş ili olacağını düşünmürəm. Yalnız hansısa ciddi siyasi kataklizm və siyasi böhranların yaşanacağı fonunda, proses dünya iqtisadiyyatına ciddi mənfi təsir göstərə bilər. Hazırkı vəziyyətə əsasən prosesləri analiz edəndə isə 2024-cü ilin ağır iqtisadi böhran ili olacağını gözləmirəm”.

Rüfət Sultan, Bizim.Media 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO