2023-cü ildə kirayə mənzil qiymətləri NECƏ DƏYİŞDİ?

2023-cü ildə kirayə mənzil qiymətləri NECƏ DƏYİŞDİ?

Hazırda oxunan: 2023-cü ildə kirayə mənzil qiymətləri NECƏ DƏYİŞDİ?

170251

“2023-cü ildə kirayə mənzil bazarı yüksək qiymət artımları ilə yadda qaldı və əvvəlki illərlə müqayisədə təxminən 25-30 faiz bahalılıq müşahidə olundu”. 

Bu sözləri Bizim.Media-ya açıqlamasında əmlak bazarı üzrə ekspert Ramil Qasımzadə deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

Bakının kirayə mənzil bazarında SON VƏZİYYƏT - VİDEO


Qiymətlər necə dəyişib?

Onun sözlərinə görə, əgər 2022-ci ildə 1 otaqlı mənzilləri 250 manata əldə etmək olurdusa, bu il qiymətlər 300-350 manat arasında dəyişib: 

“Yaxud, ötən il 300 manata 2 otaqlı mənzil tapmaq olurdusa, cari ildə ən azı qiymətlər 400 manata oldu. 4 otaqlılar isə ötən il 400 manat, bu il isə 500 manata və daha artıq qiymətlərə təklif edilir. Şəhərin mərkəzinə yaxın Nərimanov, Nəsimi, Səbail rayonlarında qiymətlər daha yüksəkdir. 

Kənar ərazilərdə isə qiymətlər mərkəzdən təxminən 25-30 faiz ucuzdur. Əgər mərkəzdə 1 otaqlı mənzilin kirayə qiyməti 400-450 manatdırsa, kənarlarda bu cür mənzillər 300-350 manata təklif olunur. 2 otaqlılar mərkəzdə 500 manat, kənarda isə 400 manatdır. Bu da onu göstərir ki, cari ildə kirayə qiymətləri xeyli baha olub. 

Əgər 2022-ci iIə qədər yay aylarında tələbələrin getməsi ilə əlaqədar qiymətlər aşağı düşürdüsə, cari ildə bu da baş vermədi.

Üstəlik, tələbələr sentyabr ayında ya kirayə mənzil tapa bilmirdi, ya da tapdıqları evlər baha olurdu. 

Tələbələrin böyük əksəriyyəti isə yay semestr imtahanlarını başa vuraraq ailələrinin yanında qayıtsalar da, qaldıqları evləri boşaltmadılar və kirayə pullarını əvvəlcədən ödədilər. Bu səbəbdən qiymətlər aşağı düşmədi”. 

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO