Rusiyaya yumurta ixracı BAŞLADI – Ölkəmizdə qiymət BAHALAŞACAQ?

Rusiyaya yumurta ixracı BAŞLADI – Ölkəmizdə qiymət BAHALAŞACAQ?

Hazırda oxunan: Rusiyaya yumurta ixracı BAŞLADI – Ölkəmizdə qiymət BAHALAŞACAQ?

170133

Xəbər verildiyi kimi, bir neçə gün əvvəl Azərbaycandan Rusiyaya 612 min ədəd yumurta həcmində bu ərzağın ilk partiyası göndərilib. Belə ki, dekabrın 19-da Rusiyaya satış üçün göndərilən 36 ton (612 min ədəd) həcmində ərzaq yumurtasının ilk partiyası idxal edilib.

Bəs bu ixracın Azərbaycanın daxili bazarında yumurta qiymətlərinə hər hansı bir təsiri ola bilərmi?

Bizim.Media-nın mövzu ilə bağlı suallarını cavablandıran Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənli, ölkədə gündəlik yumurta istehsalının 4 900 000 – 5 000 000 ədəd arasında dəyişdiyini diqqətə çatdırıb:

“Daxili tələbat isə 3 400 000- 3 600 000 ədəd arasındadır. Biz gündəlik 1 300 000 ədəd yumurta ixrac edə bilirik. Bu günə qədər 10-a yaxın xarici ölkəyə bu məhsuldan ixrac etmişik və bu sahədə heç bir problemimiz yoxdur. Onların da əksəriyyəti Yaxın Şərq və Körfəz ölkələri, yəni Birləşmiş Ərəb Əmirlikləri, İraq, Qətər, Əfqanıstan, Səudiyyə Ərəbistanı və digərləridir”.

Onun sözlərinə görə, bu günə qədər Rusiyaya 1 500 000 ədədə yaxın yumurta ixrac olunub:

“Əgər artıq məhsulumiz qalarsa, bu prosesi davam etdirmək fikrindəyik. Bu baxımdan da daxili bazarda qiymət artımı olmayacaq. Ona görə ki, ölkədə rəqabət qabiliyyətli müəssisələrin sayı kifayət qədərdir. Onlar öz istehsallarını hər gün daha da artırırlar”.

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO