Azərbaycanın “yaşıl enerji”si dünyanın DİQQƏT MƏRKƏZİNDƏ – TƏHLİL 

Azərbaycanın “yaşıl enerji”si dünyanın DİQQƏT MƏRKƏZİNDƏ – TƏHLİL 

Hazırda oxunan: Azərbaycanın “yaşıl enerji”si dünyanın DİQQƏT MƏRKƏZİNDƏ – TƏHLİL 

169571

OPEC Azərbaycanda 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının (KES) inşası layihəsini maliyyələşdirmək üçün Səudiyyə Ərəbistanının “ACWA Power Wind” şirkətinə 50 milyon ABŞ dolları məbləğində kreditin ayrılmasını təsdiqləyib. 

Bu da onu göstərir ki, xarici sərmayədarların Azərbaycanda yeni yaranan yaşıl enerji sektoruna marağı artmaqdadır.

Məsələ ilə bağlı fikirlərini Bizim.Media-ya açıqlayan Neft Araşdırmaları Mərkəzinin sədri İlham Şaban, adıçəkilən şirkət tərəfindən Xızı-Abşeron Külək Elektrik stansiyasının təməlinin 2021-ci ildə qoyulduğunu xatırlatdı:
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanlı nazirdən “yaşıl enerji” ilə bağlı açıqlama: "2027-ci ilədək..."


“Həmin stansiyanın 2025-ci ildə isə istifadəyə verilməsi nəzərdə tutulub. Külək turbinlərini quraşdırmaq günəş panellərini quraşdırmaqdan daha çətindir və layihəni başa çatdırmaq üçün müəyyən zaman tələb olunur. Ancaq hər ikisinin gücü eynidir. 

Bildirim ki, onunla bir vaxtda “Mastar” şirkəti tərəfindən Qaradağ rayonu ərazisində təməli qoyulan Günəş Elektrik Stansiyası bu ilin oktyabr ayının 10-da isə istifadəyə verildi. Bu da onu göstərir ki, şirkət bu layihənin icrası və başa çatması üçün öz hesabından vəsait ayırmayıb. 

Azərbaycanın “yaşıl enerji”si Avropaya ixrac olunacaq

Bu layihənin Azərbaycan üçün əhəmiyyətinin çox böyük olduğunu söyləyən ekspert fikrini belə şərh edib ki, ölkəmizdə qonşularımızdan fərqli olaraq, qazın yandırılması hesabına elektrik enerjisinə çevrilməsi əmsalı 93-94 faizdir:

“Yaşıl enerji isə bizə imkan verəcək ki, istehsal artan zaman yaranan karbon qazı havaya buraxılmasın. Bu da ölkəmiz üçün həm ekoloji, həm də maddi cəhətdən böyük gəlir mənbəyi yaradacaq. Eyni zamanda istehsal olunan enerjinin ixrac potensialı da artacaq. 

Ötən ilin dekabrın 17-də Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan “Breksi enerji” adlanan və Qara dənizin altı ilə 4000 meqavatta qədər elektrik xəttinin çəkilişi ilə bağlı razılıq əldə edildi. Qarşıdakı 1 il ərzində isə layihənin müfəssəl texniki əsaslandırılması hazırlanacaq, icraedici şirkət yaranacaq və beynəlxalq tenderin keçirilməsi nəzərdə tutulub. 2025-ci ildən isə artıq tikinti və realizasiya mərhələsi başlayacaq, 2028-ci ildə isə başa çatması nəzərdə tutulub”.
“Yaşıl enerji”nin gücü 10 dəfə artırılacaq”

Energetika nazirliyinin son hesabatlarına istinad edən müsahibimizin sözlərinə görə, həmin dövrə qədər isə Azərbaycanda “Yaşıl enerji”nin gücünün 10 dəfəyə qədər artırılması nəzərdə tutulub: 

“İnsanlarımız artıq bilməlidir ki, bu fikirlər siyasi bəyanatlar səviyyəsindən çox yüksəkdədir. Rəsmi Bakı real olaraq “yaşıl enerji” texnologiyalarını ölkəmizdə inkişaf etdirir və onun vasitəsilə yeni ixrac imkanları açıb, bununla da yeni qazanc mənbələri əldə etmək istəyir”. 

Bəs ilkin proqnozlar nədən ibarətdir? 

İlham Şaban Azərbaycanın günəş və külək stansiyalarından 2022-ci ildə 150 milyon kilovatt/saat elektrik enerjisi hasil etdiyini diqqətə çatdırıb:

“Ölkəmiz bunu 5 il ərzində ən azı 2 milyard kilovatt/saata çatdırmaq niyyətindədir”. 

Qeyd edək ki, ayrılan kredit elektrik təchizatının yaxşılaşdırılmasına, enerji strukturunun diversifikasiyasına və karbon emissiyalarının azaldılmasını dəstəkləmək məqsədilə KES-in tikintisi üçün nəzərdə tutulub. Ümumi qoyuluş gücü 240 MVt olan layihə Xızı rayonunun Sitalçay və Abşeron rayonunun Pirəkəşkül kəndində reallaşdırılacaq. OPEC Fondu, ümumilikdə, 18 layihə üzrə 600 milyon ABŞ dolları ayırıb.

Bu kreditlərin 376,03 milyon ABŞ dolları dövlət sektorunda 11 layihə, 225 milyon ABŞ dolları isə özəl sektor və ticarətin maliyyələşdirilməsi üzrə 7 layihə üçün ayrılıb.

Rövşən Ziya, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO