2024-cü ildə manat dollar qarşısında ucuzlaşacaq? – AÇIQLAMA 

2024-cü ildə manat dollar qarşısında ucuzlaşacaq? – AÇIQLAMA 

Hazırda oxunan: 2024-cü ildə manat dollar qarşısında ucuzlaşacaq? – AÇIQLAMA 

169561

Azərbaycan milli valyutası 2023-cü ildə öz stabilliyini ümumən qoruyub saxlaya bilib. Manat xarici valyutalara nisbətdə, xüsusəndə dollarla müqayisədə sabit qalıb. Burada daxildə inflyasiyanın elə də güclü olmaması və devalvasiya prosesinin baş verməməsi də öz sözünü deyib. 

Qarşıdan 2024-cü il gəlir. Görəsən, növbəti ildə manatı nə gözləyir? 
 

MÖVZU İLƏ BAĞLI:

Gömrük xətti ilə büdcə daxilolmaları ARTIB 


Bizim.Media-ya açıqlamasında maliyyə-bank eksperti Əkrəm Həsənov bildirir ki, 2024-cü ildə milli valyutanın devalvasiyaya uğraması ehtimalı yox dərəcəsindədir: 

“Manatla bağlı iki əsas təhlükə inflyasiya və devalvasiya ilə bağlıdır. İnflyasiya qiymətlərin artması kontekstində manatın ucuzlaşmasıdır.

Devalvasiya isə digər valyutalara, xüsusən də dollara nisbətdə milli valyutamızın ucuzlaşmasıdır.  

İnflyasiya gələn il də davam edəcək, qiymətlər artacaq. Mərkəzi Bankın bəyanatlarına görə bu proses sürətli olmayacaq. Dünyada qeyri-adi nəsə baş verməsə, qiymətlər artmasa, Mərkəzi Bankın sərt pul siyasəti nəticəsində qiymət artımı builkindən çox olmayacaq. Amma dünyada qeyri-adi nəsə baş versə, qiymət artımı daha sürətli ola bilər. Azərbaycan idxaldan asılıdır. Çox məhsul və malı xaricdən alırıq. Neft ölkəsi olduğumuz üçün valyuta ehtiyatlarımız milli valyutanı sabit saxlamaq üçün kifayətdir. İndi neftin qiyməti sabitdir, amma ölkəmizin neft hasilatı da ilbəil azalır”. 

Həmsöhbətimiz 2024-cü ildə valyuta ehtiyatlarımızın devalvasiyaya səbəb olacaq qədər kəskin azalacağını düşünmür: 

“Gələn il üçün manatın devalvasiyaya uğraması ehtimalı demək olar ki, yoxdur. Türkiyə lirəsi ciddi devalvasiyaya uğrayır. Amma bu ölkədə inflyasiyanın əhaliyə təsiri yoxdur. Azərbaycanda isə inflyasiya daha ciddi amildir, devalvasiya təhlükəsi isə yoxdur”. 

Rüfət Sultan, Bizim.Media 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO