"Azərbaycanın ictimai nəqliyyatda bütün növ ödəniş vasitələrindən istifadəyə imkan yaratmaq məqsədilə mövcud nağdsız ödəniş sistemi üzərində təkmilləşdirmə işləri aparılır".
Bizim.Media xəbər verir ki, bunu “Azərbaycanda mobilliyin transfirmasiyası proqramı”nın təqdimatında rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bildirib.
Onun sözlərinə görə, sistem yeniləndikdən sonra təmassız texnologiyanı dəstəkləyən, bütün bank kartları və mobil cihazlar vasitəsilə ödəniş etmək mümkün olacaq:
“Gələn aydan bir neçə marşrutda ödənişin bank kartı ilə edilməsi sınaqdan keçiriləcək. Sınaqlardan sonra gələn ilin ilk rübünün sonunda yeni ödəniş sisteminin ilkin tətbiqinə başlanılması nəzərdə tutulur”.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
11:24 / 18.12.2023
Azərbaycanda avtobuslarda gedişhaqqı bank kartları ilə ÖDƏNİLƏCƏK – Bu tarixdən
Hazırda oxunan: Azərbaycanda avtobuslarda gedişhaqqı bank kartları ilə ÖDƏNİLƏCƏK – Bu tarixdən
Hazırda oxunan: Azərbaycanda avtobuslarda gedişhaqqı bank kartları ilə ÖDƏNİLƏCƏK – Bu tarixdən
169533
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.