Overçuk: “Azərbaycan-Ermənistan dəmir yolunun açılması üzrə sənədlər yüksək hazırlıq səviyyəsindədir”

Overçuk: “Azərbaycan-Ermənistan dəmir yolunun açılması üzrə sənədlər yüksək hazırlıq səviyyəsindədir”

Hazırda oxunan: Overçuk: “Azərbaycan-Ermənistan dəmir yolunun açılması üzrə sənədlər yüksək hazırlıq səviyyəsindədir”

169185

“Azərbaycanla Ermənistan arasında dəmir yolu xətlərinin açılması üzrə sənədlər yüksək hazırlıq səviyyəsindədir”. 

Bizim.Media “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Rusiyanın baş nazirinin müavini Aleksey Overçuk İrəvanda Rusiya və Ermənistan arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclasında deyib. 

Onun sözlərinə görə, Cənubi Qafqaz regionunda kommunikasiyaların açılması Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli bəyanatına əsasən həyata keçirilir. Bunun üçün üç ölkənin baş nazir müavinlərinin həmsədrliyi ilə işçi qrup yaradılıb. 
Rusiyanın bu prosesdə vasitəçi olduğunu qeyd edən baş nazir müavini, həmçinin, tərəflərin birbaşa fəaliyyət göstərməyə başlaması faktını müsbət hal kimi qiymətləndirib. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO