“Şahdəniz”dən 146 milyard kubmetrdən artıq qaz ixrac OLUNUB 

“Şahdəniz”dən 146 milyard kubmetrdən artıq qaz ixrac OLUNUB 

Hazırda oxunan: “Şahdəniz”dən 146 milyard kubmetrdən artıq qaz ixrac OLUNUB 

168837

“Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqları istismara veriləndən 01 dekabr 2023-cü il tarixinədək burada 421,9 mlrd. kubmetr qaz hasil edilib. 

Energetika Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, hesabat dövründə AŞG-dən 215,2 milyard kubmetr, “Şahdəniz”dən isə 206,7 mlrd. kubmetr qaz hasil edilib. 

“Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın 146,4 mlrd. kubmetri ixraca nəql edilib”, - məlumatda qeyd olunur. 

Məlumata görə, 2023-cü ilin yanvar- noyabr ayları üzrə operativ məlumatlara əsasən, 11 ay ərzində Azərbaycanda 44 mlrd. kubmetr təbii qaz hasil edilib. Qazın 11,7 mlrd. kubmetri AÇG-dən, 24 mlrd. kubmetri “Şahdəniz”dən, 0,6 mlrd. kubmetri “Abşeron”dan, 7,7 milyard kubmetri isə SOCAR üzrə hasil olunub. Ötən ilin müvafiq dövrünə nisbətən 3,6 faiz, yəni 1,5 mlrd. kubmetr artımla qaz hasil edilib. 
“Hesabat dövründə xaricə qaz satışı 22,05 mlrd. kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 9% çoxdur. Cari ilin yanvar-noyabr aylarında Avropaya 10,85 mlrd. kubmetr, Türkiyəyə 8,7 mlrd. kubmetr, Gürcüstana isə 2,5 mlrd. kubmetr qaz satılıb. Qeyd edək ki, bu müddətdə Türkiyəyə TANAP-la 5,1 mlrd. kubmetr qaz nəql olunub”, - məlumatda bildirilir. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO