Dövlət Xidmətindən vergi ödəyicilərinə XƏBƏRDARLIQ

Dövlət Xidmətindən vergi ödəyicilərinə XƏBƏRDARLIQ

Hazırda oxunan: Dövlət Xidmətindən vergi ödəyicilərinə XƏBƏRDARLIQ

168792

Xidməti (DVX) vergi ödəyicilərindən 15 və 20 dekabr tarixlərinə qədər məcburi sosial sığorta və vergi ödənişlərini etmələrini tələb edib.

Bizim.Media DVX-yə istinadən xəbər verir ki, bu il dekabrın 15-dək Məcburi Dövlət Sosial Sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının ödənilməsi lazımdır.

Eyni zamanda cari ilin dekabrın 20-i xüsusi notariuslar üzrə gəlir vergisi, idman mərc oyunları, lotereyalar, habelə digər yarışlar və müsabiqələr üzrə gəlir vergisi, əlavə dəyər vergisi, aksizlər, yol vergisi, mədən vergisi, pul vəsaitlərinin nağd qaydada çıxarılması üzrə sadələşdirilmiş vergi, muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi, sığorta müqaviləsi vaxtından əvvəl xitam verildikdə ödəmə mənbəyindən tutulan verginin ödənilməsinin son günüdür.

DVX xəbərdarlıq edir ki, qeyd edilən ödənişlər vaxtında həyata keçirilmədikdə əlavə faizlər hesablanacaq.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO