Qaradağda yolların təmirinə 400 min manat ayrıldı - SƏRƏNCAM 

Hazırda oxunan: Qaradağda yolların təmirinə 400 min manat ayrıldı - SƏRƏNCAM 

168479

Prezident İlham Əliyev Bakı şəhərinin Qaradağ rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı Sərəncam imzalayıb. 

Bizim.Media xəbər verir ki, Sərəncama əsasən, Bakı şəhərinin Qaradağ rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 yanvar tarixli 3720 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.25-ci yarımbəndində göstərilmiş məbləğin 400 min manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb. 

Maliyyə Nazirliyinə bu Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabineti isə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO