Bu il vətəndaşlara qaytarılan ƏDV-nin MƏBLƏĞİ 

Hazırda oxunan: Bu il vətəndaşlara qaytarılan ƏDV-nin MƏBLƏĞİ 

168462

2023-cü ilin yanvar-noyabr ayları ərzində fiziki şəxs olan istehlakçılar tərəfindən ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə və tibb fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla) və göstərilmiş xidmətlərə görə ödənilmiş ƏDV-nin 140 milyon 288 min manat çoxu geri qaytarılıb. 

Bu barədə Bizim.Media-ya İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məlumat verilib. 

Qeyd edək ki, ölkəmizdə bir sıra sahələrdə malların alışı və xidmətlərin göstərilməsi zamanı ƏDV məbləğinin nağdsız ödənişlər üzrə 17,5%-i, nağd ödənişlər üzrə 5%-i müvəkkil bank tərəfindən istehlakçılara geri qaytarılır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO