Bu il DSMF-nin xərcləri nə qədər olub?

Bu il DSMF-nin xərcləri nə qədər olub?

Hazırda oxunan: Bu il DSMF-nin xərcləri nə qədər olub?

168239

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin 11 ayında proqnozla müqayisədə 6 faiz və ya 358 milyon manat çox olmaqla 6 milyard 1 milyon manat təşkil edib. 

Nazirlikdən Bizim.Media-ya verilən məlumata görə, Fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları yanvar-noyabr aylarında proqnozla müqayisədə 8 faiz və ya 358 milyon manat artaraq 4 milyard 644 milyon manat olub. 

Bu ilin 11 ayında DSMF-nin xərcləri 5 milyard 556 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 16 faiz və ya 759 milyon manat çoxdur. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO