Gələn il

Gələn il "Şahdəniz" yatağında qaz hasilatı 26 mlrd. kubmetri ötəcək

Hazırda oxunan: Gələn il "Şahdəniz" yatağında qaz hasilatı 26 mlrd. kubmetri ötəcək

168052

Gələn il “Şahdəniz” qaz-kondensat yatağından 26,1 mlrd. kubmetr qaz hasil olunacağı gözlənilir, bu da bu ilin proqnoz göstəricisi ilə müqayisədə 3,16% çoxdur.

Bu barədə Bizim.Media “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2024-cü il büdcəsinin layihəsinə Hesablama Palatasının rəyi”nə istinadən xəbər verir.

Sənədə əsasən, bu il “Şahdəniz”də 25,3 mlrd. kubmetr qaz hasil olunacaq. Ötən il bu göstərici 24 mlrd. kubmetr təşkil edib.

Rəydə o da qeyd olunub ki, 2024-cü ildə yataqda 33,8 mln. barel qaz kondensatı hasil olunacaq ki, bu da cari ilin proqnoz göstəricisi ilə müqayisədə 0,6% azalma deməkdir.
Bildirilib ki, 2023-cü ildə “Şahdəniz” yatağında 34 mln. barel kondensatın hasil olunacağı proqnozlaşdırılır. 2022-ci ildə isə bu göstərici 33,8 mln. barel səviyyəsində idi.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO