Azərbaycan Prezidentinin 2023-cü il 17 iyul tarixli Sərəncamına uyğun olaraq Ukrayna xalqına humanitar yardım göstərilməsi məqsədilə nəzərdə tutulmuş elektrik avadanlıqlarının növbəti hissəsi bu gün göndərilib.
Bu barədə Bizim.Media-ya Energetika Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Sumqayıt Texnologiyalar Parkının ərazisindən 20 TIR-dan ibarət yük avtomobili karvanı ilə yola salınan humanitar yardıma 551 min metrdən çox elektrik kabelləri və naqilləri, həmçinin 6 ədəd komplekt transformator məntəqəsi daxildir.
Xatırladaq ki, ümumi məbləği 7,6 milyon ABŞ dolları olan sözügedən humanitar yardımın ilk hissələri cari ilin 30 oktyabr və 21 noyabr tarixlərində Ukraynaya göndərilib. Növbəti hissələrin yaxın müddət ərzində göndərilməsi planlaşdırılır.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
10:20 / 08.12.2023
Azərbaycan Ukraynaya 20 TIR-la humanitar yardım göndərdi - FOTO
Hazırda oxunan: Azərbaycan Ukraynaya 20 TIR-la humanitar yardım göndərdi - FOTO
Hazırda oxunan: Azərbaycan Ukraynaya 20 TIR-la humanitar yardım göndərdi - FOTO
168012
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.