2023-cü ilin yanvar-sentyabr ayları ərzində işğaldan azad edilmiş rayonlarda 101 yeni müəssisə və təşkilat, 1783 yeni fərdi sahibkarlıq subyekti yaradılıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiya Dövlət Statistika Komitəsinin hesabatı əsasında aparılan hesablamalarda yer alıb.
Mənbə qeyd edir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə yeni yaradılan müəssisə və təşkilatların sayı 42.3%, fərdi sahibkarlıq subyektlərinin sayı 5.6% artıb. Belə ki, 2022-ci ilin yanvar-sentyabr aylarında işğaldan azad edilmiş rayonlarda 71 yeni müəssisə və təşkilat, 1688 yeni fərdi sahibkarlıq subyekti yaradılıb.
Xatırladaq ki, hesabat dövründə ən çox müəssisə (22) və fərdi sahibkarlıq subyekti (695) Ağdamda yaradılıb.
Aşağıdakı cədvəldə, cari ilin yanvar-sentyabr ayları ərzində azad edilmiş rayonlar üzrə yeni yaradılmış müəssisə və təşkilatların, fərdi sahibkarlıq subyektlərinin siyahısı verilib.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
15:07 / 06.12.2023
Azad edilmiş rayonlarda yaradılan fiziki və hüquqi şəxslərin sayı açıqlandı
Hazırda oxunan: Azad edilmiş rayonlarda yaradılan fiziki və hüquqi şəxslərin sayı açıqlandı
Hazırda oxunan: Azad edilmiş rayonlarda yaradılan fiziki və hüquqi şəxslərin sayı açıqlandı
167669
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.