İllərdir yolunu gözlədiyimiz UÇAN AVTOMOBİLLƏR - Gələcəyin nəqliyyatı, yoxsa XAM XƏYAL?

Hazırda oxunan: İllərdir yolunu gözlədiyimiz UÇAN AVTOMOBİLLƏR - Gələcəyin nəqliyyatı, yoxsa XAM XƏYAL?

167385

Artıq quruda və göydə məsafələr qət edən uçan avtomobillər satışa çıxarılır. Uçan avtomobilin ilk tədarükü 2021-ci ildə baş verib. Dünyanın ilk uçan və idarə olunan avtomobili ABŞ-ın Florida ştatında Mayami şəhərində debüt edib. 

Bu uçan aparat “Pioneer Personal Air Landing Vehicle” və ya “PAL-V” adını alıb.

Məlumata görə, həmin avtomobillər geri çəkilə bilən üst və arxa pərvanələrlə təchiz olunub və 3.81 kilometr hündürlükdə uça bilir. Bu maşınlar havada saatda 321 km, yerdə isə 160 km sürət yığa bilir. 
 

MÖVZU İLƏ BAĞLI:

Bu avtomobillərin qiyməti BAHALAŞACAQ


Amma uzun illərdir bu istiqamətdə müxtəlif layihələr hazırlansa da, hələlik uçan avtomobillərdən kütləvi istifadə xəyal olaraq qalır. Yəni, hələlik bu tip avtomobillərin geniş istehsalı həyata keçirilmir. 

Görəsən, səbəb nədir?

Bizim.Media-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli aparılan araşdırmalara istinadən bildirir ki, təhlükəsizlik məsələsi və xüsusi qaydaların hələlik razılaşdırıla bilinməməsi uçan avtomobillərin kütləvi istehsalının qarşısını alır: 

“Böyük şəhərlərin ətrafında hava limanları da var. Belə olan halda, seçilən marşurutun hava daşımalarına zərər vura və böyük qəzalara səbəb ola bilməsi məsələsi hələlik öz həllini tapmayıb. Yəni təhlükəsizliklə bağlı risqlər aradan qaldırılmayıb. Digər tərəfdən, baş verən qəzaların hansı formada insanlara təsir göstərəcəyi də hələ tam hesablanmayıb. Məsələn, böyük şəhərlərdə hündür binalara çırpılan avtomobillərin hansı fəsadlara gətirib çıxara biləcəyi məsələsi hələ öz həllini tapmayıb”. 

Ekspert qeyd edir ki, qarşıdakı 5-10 ildə bu tip avtomobillərdən kütləvi istifadənin şahidi ola bilərik:

“Amerikada tam avtomatlaşdırılmış və qəzalardan sığortalanmış uçan avtomobil layihəsi mövcuddur. Belə maşınlar kameralarla idarə olunmalıdır. Belə bir layihə uğurlu olsa və baha başa gəlməsə, yəqin ki, yaxın 5-10 ilə uçan avtomobil istehsalı və istifadəsinin daha kütləvi hal almasının şahidi ola bilərik”. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO