Qarabağ Universitetində turizm ixtisası tədris EDİLƏCƏK 

Hazırda oxunan: Qarabağ Universitetində turizm ixtisası tədris EDİLƏCƏK 

167332

Azərbaycanda daha bir ali təhsil müəssisəsində turizm ixtisası tədris ediləcək. 

Bizim.Media xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev rəhbərlik etdiyi qurumun və İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) təşkilatçılığı ilə Bakıda keçirilən İƏT-ə üzv dövlətlərin turizm üzrə ixtisaslaşmış təhsil müəssisələrinin I görüşündə bildirib. 

"Hazırda Agentliyin tabeliyində 3 turizm təhsili ocağı - universitet, kollec və peşə məktəbi var. Ümumiyyətlə isə, ölkəmizdə 17 ali təhsil müəssisəsində turizm ixtisası üzrə təhsil verilir. Yeni yaradılan Qarabağ Universitetində də turizm ixtisası tədris ediləcək", - deyə o qeyd edib. 

"Hazırda Azərbaycanda turizm sahəsində on minlərlə insan çalışır. Bununla belə sənayenin daimi inkişafını nəzərə alaraq, turizm sektorunda yüksək ixtisaslı, yaxşı təlim keçmiş və bacarıqlı kadrlara hər zaman tələbat var.
Turizm təhsilinin əsas məqsədi də turizmin bütün alt sahələri üçün lazımi bilik və bacarıqlara malik insan kapitalını təmin etməkdir.

Bugünki görüş turizm təhsili verən yerli və xarici ali təhsil ocaqlarının bilik və təcrübə mübadiləsinin aparılması baxımından vacib görüşdür. Sabah tədbirin 2-ci günündə qəbul ediləcək “Bakı Bəyannaməsi” ilə bir daha qeyd olunan məqamlar üzrə əməkdaşlığın genişləndirilməsi və ilk dəfə təşkil olunan bu görüşün davamlı keçirilməsi öz əksini tapacaq”, - deyə o qeyd edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO