Bu ilin yanvar-oktyabr aylarında paytaxt sənayesində istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 47,0 milyard manat təşkil edib.
Bakı Şəhər Statistika İdarəsindən Bizim.Media-ya bildirilib ki, sənaye məhsulunun 79,4 faizi mədənçıxarma, 17,9 faizi emal, 2,1 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.
MÖVZU İLƏ BAĞLI:
Ölkəmizdə tütün ixracının azalmasının SƏBƏBLƏRİ – ARAŞDIRMA
Sənayedə qeyri-dövlət sektorunun payı 86,8 faiz olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 91,8 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 8,2 faiz təşkil edib.
İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında noyabrın 1-nə 462,5 milyon manatlıq hazır məhsul ehtiyatı olub. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 87,0 milyon manat məbləğində digər məhsullar da mövcud olub.
Bizim.Media