İpoteka ilə, yoxsa daxili kreditlə mənzil alaq? – ARAŞDIRMA 

Hazırda oxunan: İpoteka ilə, yoxsa daxili kreditlə mənzil alaq? – ARAŞDIRMA 

166659

Bu gün Bakıda evlər baha olduğu üçün hər kəs birbaşa ödənişlə mənzil sahibi ola bilmir. Buna görə də bir çoxları ipoteka yolu ilə mənzil sahibi olmağa can atırlar. Amma son vaxtlar cəmiyyəti iki sual ciddi şəkildə düşündürür:

İpoteka ilə yoxsa daxili kreditlə mənzil almaq daha sərfəlidir?

Əslində, bu gün vətəndaşlara mənzil almaq üçün iki kredit növü təklif olunur ki, bunlardan biri dövlət ipotekası, digəri isə daxili ipotekadır. Dövlət ipotekası “Güzəştli” və “Adi” olmaqla, iki yerə bölünür. Bundan başqa, bankın və ya tikinti şirkətlərinin müştəriləri üçün təklif etdiyi daxili kreditdən də istifadə etmək olar.
 

MÖVZU İLƏ BAĞLI:

İpoteka kreditlərinin sayı 47 mini ötdü


Amma ekspertlər deyir ki, ipoteka ilə mənzil almaq daha sərfəlidir…

Araşdırmamızın nəticələrinə görə, bu gün güzəştli ipotekada illik dərəcə 4 faizdir və kreditin maksimum məbləği 100 min manatdır. 

Adi ipotekada isə bu, illik 7-8 faiz arasında dəyişir və maksimum məbləği 150 min manat olur. Hər iki yolla mənzil sahibi olmaq istəyən vətəndaşlar hər hansı bir bankdan krediti əldə etdikdən sonra istədiyi ərazidə mənzil ala bilər. Hər ikisinin də maksimum müddəti 25 ildir. Daxili kreditlə satılan mənzillərdə isə illik dərəcəsi əksər hallarda 12 faizdən yuxarı olur. Belə mənzillər yalnız bəlli yerlərdə və təklif olunan binalarda olmalıdır.

“Ev qiymətləri artsa da, ipoteka məbləği dəyişmir”

Mövzu ilə bağlı Bizim.Media-nın suallarını cavablandıran daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyevin münasibəti belə oldu ki, evlərin qiyməti kəskin artsa da, ipoteka məbləğlərinin həcmi artmır: 

“Güzəştli ipoteka 100 min manat, adi isə 150 min manatdır. Ancaq mənzillərin qiyməti çox yüksək olduğu üçün güzəştli ipotekadan yararlanmaq istəyən şəxs bankdan götürdüyü kreditin üzərinə böyük məbləğdə vəsait əlavə etməli və sonra mənzil almalıdır. Tutaq ki, vətəndaş 7-8 il əvvəl köhnə binalardan 150 min manata 3 otaqlı ev alırdısa, bu gün ən yaxşı halda köhnə binalardan 2 otaqlı, yeni binalardan isə 1 otaqlı mənzil ala bilər”. 

Onun sözlərinə görə, tək adam üçün 1 otaq yetərlidir, amma bir neçə övladı olan ailə üçün vəziyyət fərqlidir:

“Satmaq istəsə də, ipotekada olduğu və aylıq ödəniş etdiyi üçün sata bilmir. 20 il əvvəl “Xruşşovka” layihəli binada 1 otaqlı mənzilin satış qiyməti 4-5 min manat, 2 otaqlılar 5-7 min manat, 3 otaqlılar 7-10 min manat arasında dəyişirdi. Amma bu gün həmin binalarda 1 otaqlılar 90 manatdan yuxarıdır. 2 otaqlılar 130-140 min manat, 3 otaqlılar isə daha da bahadır. 

Son illər qiymətlər dayanmadan artır. Yeni tikili binalardakı 1 otaqlı təmirli mənzillərin satış qiyməti yerləşdiyi əraziyə görə dəyişir. Belə ki, mərkəz və mərkəzə yaxın ərazilərdə təxminən 130-140 min manatdan da bahadır. Köhnə 9 mərtəbəli binalardakı 1 otaqlı mənzillərin satış qiyməti 100 min manatdan yuxarıdır”.

Rövşən Ziya, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO