Bakıda Orta Dəhliz üzrə tarif siyasəti müzakirə olundu - FOTO

Bakıda Orta Dəhliz üzrə tarif siyasəti müzakirə olundu - FOTO

Hazırda oxunan: Bakıda Orta Dəhliz üzrə tarif siyasəti müzakirə olundu - FOTO

166592

Orta Dəhlizin perspektiv imkan­ları, onun fəaliyyətinin genişləndi­rilməsi, o cümlədən 2024-cü il üzrə tarif siyasətinin formlaşdırılması ilə bağlı məsələlər Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı üzrə İşçi qrupunun Bakıda keçirilən iclasında müzakirə olunub.

Bizim.Media xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin məlumatında bildirilib.

Azərbaycan, Gürcüstan və Qazaxstanın dəmir yolları, liman şirkətləri və digər tərəfdaşların birgə qatıldığı görüşdə Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin həyat qabiliyyətini, səmərəliliyini və dayanıqlı inkişafını daha da təkmiləşdirmək baxımından qarşılıqlı fəa­liyyətin möhkəmləndirilməsi geniş müzakirə olunub.

Görüşdə “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Assosiyası”nın fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı bir sıra təkliflər səsləndirilib.

Belə ki, əməkdaşlığın yeni formatının müəyyən edilməsi, tarif siyasətinin bazar tələbatına uyğun formalaşdırılması, alternativ marşrutlarla müqayisədə Orta Dəhliz üzrə qiymət və daşıma şərtlərinin optimallaşdırılması, dəhlizin beynəlxalq müstəvidə marketinq fəaliyyətinin düzğün formalaşdırlması və s. istiqamətlərdə atılması zəruri olan addımlar nəzərdən keçirilib.

Qeyd edək ki, hazırda Orta Dəhlizin funksi­onallığının artırılması məqsədilə rəqəmsallaşma konsepsiyası ha­zırlanır, bununla bağlı beynəlxalq şirkətlərlə danışıqlar aparılır, ən yaxşı təcrübələr öyrənilir.
Xatırladaq ki, Prezident İlham Əliyevin 2023-cü il nöyabrın 23-də təsdiq etdiyi “Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına və tranzit yükdaşımaların təşviqinə dair 2024−2026-cı illər üçün Fəa­liyyət Planı”na əsasən, növbəti üç il ərzində Azərbaycan ərazisindən daşınan tranzit yükdaşımalarının həcminin 2022-ci ilə nisbətən 27 faiz artırılaraq 10,7 milyon ton­dan 13,6 milyon tona çatdırılması nəzərdə tutulur.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO