Azərbaycan - Türkiyə arasında yeni Memorandum imzalandı - FOTOLAR

Azərbaycan - Türkiyə arasında yeni Memorandum imzalandı - FOTOLAR

Hazırda oxunan: Azərbaycan - Türkiyə arasında yeni Memorandum imzalandı - FOTOLAR

16648

Türkiyənin ticarət naziri xanım Ruhsar Pekcanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfəri çərçivəsində Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini ehtiramla anaraq abidəsi önünə əklil qoyub. 

Bizim.Media xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Bildirilib ki, qonaqlar görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarını da ziyarət edib, abidəsi önunə çiçək dəstələri düzüblər.

 

MÖVZU İLƏ BAĞLI:

Türkiyə ilə rəqəmsal ticarət haqqında saziş imzalanacaq - Mikayıl Cabbarov


Türkiyə nümayəndə heyəti həmçinin, Şəhidlər Xiyabanında “Əbədi məşəl” kompleksi və “Türk Şəhidliyi” abidəsini ziyarət edib.

Sonra Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun və Türkiyənin ticarət naziri xanım Ruhsar Pekcanın rəhbərlik etdiyi nümayəndə heyətləri arasında hər iki ölkənin sahibkarlıq təşkilatlarının iştirakı ilə İşgüzar Dəyirmi Masa keçirilib. 

Dəyirmi Masada qarşılıqlı hörmətə, dostluğa və qardaşlığa əsaslanan Azərbaycan-Türkiyə əlaqələrinin ötən dövrdə yüksələn xətlə inkişaf etdiyi, dövlət başçılarının siyasi iradəsi və verdikləri tapşırıqlar ikitərəfli əməkdaşlığın inkişafında əsas hərəkətverici qüvvə olduğu vurğulanıb.

 

Tədbir çərçivəsində Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Rəqəmsal Ticarət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.


Sənədi Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Türkiyənin ticarət naziri Ruhsar Pekcan imzalayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO