İşıq limiti ARTIRILACAQ? – RƏSMİ AÇIQLAMA 

İşıq limiti ARTIRILACAQ? – RƏSMİ AÇIQLAMA 

Hazırda oxunan: İşıq limiti ARTIRILACAQ? – RƏSMİ AÇIQLAMA 

166462

Son günlərdə yanvar ayından elektrik enerjisi verilişi ilə bağlı tətbiq olunan 200 KV/saatlıq limitin həddi artırılaraq 300 kv/saata çatdırılacağı ilə bağlı məlumatlar yayılıb.

Belə ki, 300 kVts-dək olan abonentlər üçün 8 qəpik/kVts-dan 7 qəpik/kVts-a endiriləcəyi, eyni zamanda, 300 kVts - 400 kVts arası 9 qəpik/kVts, 400 kVts-dan yuxarı isə 13 qəpik/kVts qiymət tətbiq olunacağı iddia olunur. 
 

MÖVZU İLƏ BAĞLI:

Laçın rayonunda elektrik şəbəkələri YENİLƏNİR - VİDEO 


Digər məlumata görə, hazırda bununla bağlı layihə hazırlanır. İddialara görə, sözügedən layihə 2023-cü ilin sonuna qədər Milli Məclisə və AR-nın Tarif (qiymət) Şurasına təqdim olunacaq. 

İşıq limiti artırılacaq?

Mövzu ilə bağlı “Azərişıq” ASC-dən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, limitin və qiymətlərin artırılması ilə bağlı heç bir layihə hazırlanmır: 

“Bu məsələ bizim səlahiyyətimizə daxil deyil. Qiymətlər Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən tənzimlənir”.

İqtisadiyyat Nazirliyindən isə sorğumuza cavab olaraq, Tarif Şurasına belə bir müraciətin daxil olmadığı bildirilib. 

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO