Çörək yenidən UCUZLAŞACAQ – BU TARİXDƏ 

Çörək yenidən UCUZLAŞACAQ – BU TARİXDƏ 

Hazırda oxunan: Çörək yenidən UCUZLAŞACAQ – BU TARİXDƏ 

166329

Rusiya Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, noyabrın 29-dan etibarən, buğda ixracı üçün rüsum dərəcəsi 13,1 faiz azalacaq. Rüsum bir həftə əvvəlki 4395,4 rubl ilə müqayisədə 3820,2 rubl təşkil edəcək. 

Qarğıdalının ixrac rüsumu bir ton üçün 1013,1 rubldan 642 rubla qədər azalacaq. Rüsumlar dekabrın 5-dən qüvvəyə minəcək.

Məlum olduğu kimi, Azərbaycanın taxıl idxal etdiyi ölkələrdən biridir.
 

MÖVZU İLƏ BAĞLI:

İnflyasiya azalsa da qiymət artımı DAVAM EDƏCƏK – TƏHLİL 


Bəs, bu qərar ölkəmizdə taxılın və çörəyin ucuzlaşmasına səbəb ola bilərmi?

Mövzu ilə fikirlərini Bizim.Media-ya açıqlayan iqtisadçı-ekspert Natiq Cəfərli, Rusiya hökumətinin qərarını müsbət qiymətləndirib:

“Çox güman ki, bundan sonra Rusiya bazarına müraciət edənlərin sayı artacaq. Hətta rəsmi Bakı da bunun üçün müraciət edə və yenidən taxıl ala bilər”. 

Ekspert ölkəmizin ənənəvi taxıl bazarlarının Rusiya və Qazaxıstan olduğunu da xatırladıb:

“Müharibəyə qədər isə Ukrayna da vardı. Müharibə başlayandan sonra isə buradan taxılın alınması xeyli zəifləyib. Keçən il Rusiyadan da alış azalsa da, bu il əvvəlki göstəricilər təmin olunub. Ancaq Qazaxıstandan əmtəəlik buğda alışı dəfələrlə artıb.

Müsahibimiz düşünür ki, əgər buğda kifayət qədər ucuzlaşacaqsa, bu, ölkəmizdə un və un məmulatlarının qiymətinə də təsir göstərəcək:

“Hətta çörəyin dəyəri ucuzlaşa bilər. 

Bu istiqamətdə müəyyən dəyişikliklər görə bilərik. Ancaq bunun dərhal baş verməsi çətin görünür. Çünki buğda alınmalı, dəyirmanda üyüdülməli, una çevrilməli, sonra isə çörəyin istehsalı baş verməlidir. Buna da zaman lazımdır. Bu baxımdan da rüsumun aşağı salınmasının ölkə bazarına təsirini bir neçə aydan sonra görə biləcəyik”.  

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO