Azərbaycana xaricdən pul köçürmələri 2.8 milyard manat azalıb

Azərbaycana xaricdən pul köçürmələri 2.8 milyard manat azalıb

Hazırda oxunan: Azərbaycana xaricdən pul köçürmələri 2.8 milyard manat azalıb

165757

2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsi ilə 2 milyard 76.4 milyon manat vəsait daxil olub. Azərbaycanda banklardan xaricə göndərilən vəsaitin həcmi isə 516.9 milyon manata bərabər olub.

Bizim.Media Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ötən ilin yanvar-oktyabr aylarına nisbətən sürətli pul köçürmə sistemləri vasitəsi ilə banklara daxil olan vəsaitin həcmi 2.4 dəfə və ya 2 milyard 847.9 milyon manat, banklardan xaricə köçürmələr isə 38.5% və ya 323.7 milyon manat azalıb.

Qeyd edək ki, ötən ilin ilk 10 ayında Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsi ilə 4 milyard 924.3 milyon manat daxil olub. Banklardan xaricə göndərilən vəsaitin həcmi isə 840.6 milyon manat təşkil edib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO