BP: “Şahdəniz” yatağı 25 ildən sonra da yüksək məhsuldarlığa malik olacaq

BP: “Şahdəniz” yatağı 25 ildən sonra da yüksək məhsuldarlığa malik olacaq

Hazırda oxunan: BP: “Şahdəniz” yatağı 25 ildən sonra da yüksək məhsuldarlığa malik olacaq

165461

Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağı 2048-ci ildə hələ də böyük potensiala və məhsuldarlığa malik olacaq. 

Bizim.Media xəbər verir ki, bu barədə Neft Sənayesi Mühəndisləri Cəmiyyətinin (SPE) təşkilatçılığı ilə keçirilən 10-cu Yubiley Xəzər Texniki Konfransında çıxışı zamanı BP şirkətinin “Azəri-Çıraq-Günəşlı” sahəsinin işlənməsi üzrə menecer Əfqan Hüseynov bildirib. 

Onun sözlərinə görə, “Şahdəniz” 2006-cı ildə istismara verilib və həmin vaxtdan yataqdan hasil olunan qaz regional və Avropa bazarlarına çatdırılır. 

Əfqan Hüseynov onu da qeyd edib ki, 2048-ci ildə də (“Şahdəniz”in işlənilməsinin cari Hasilatın Pay Bölgüsü Sazişinin müddətinin bitəcəyi il – red.) yataqda lay təzyiqi göstəricisi kifayət qədər yüksək səviyyədə olacaq.
“Bu da Xəzər hövzəsinin əhəmiyyətini göstərir və onun böyük ehtiyatlarını nümayiş etdirir”, - BP nümayəndəsi vurğulayıb. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO